Saat:08:20
Haqqımızda

Fors-major vəziyyət yaranıb: Azərbaycan seçkiyə gedir - Dəqiq tarix

2024-05-03 16:25:12

Fors-major vəziyyət yaranıb: Azərbaycan seçkiyə gedir - Dəqiq tarix

Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri keçirilməlidir. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün baş tutan iclasında deyib. MSK sədri bildirib ki, seçkilərin müddəti önə çəkilə bilər. “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”, - Məzahir Pənahov qeyd edib. 

Bununla da parlament seçkilərinin vaxtından öncə keçirilməsi ilə bağlı iddialar daha rəsmi xarakter alıb. MSK sədrinin açıqlamasından yola çıxaraq, seçkilərin noyabrdan öncə keçiriləcəyini söyləmək olar. 

Mövzu ilə bağlı yenisabah.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, seçkilərin öz vaxtından minimum 2-3 ay öncə baş tutuması mümkün görünür: 

“Seçkilərin keçirilmə vaxtı noyabr ayına düşür və noyabr ayında seçkilərin  təyin olunması qaçılmazdır. Çünki ondan sonrakı müddətdə seçki keçirmək konstitusiyaya ziddir. Amma seçkini önə çəkmək mümkündür, çünki Bakıda həmin vaxt qlobal əhəmiyyətli tədbir var və bu tədbirin vaxtını biz müəyyən etməmişik. Bu ümumi razılaşma əsasında təyin olunan vaxtdır. İki böyük tədbiri keçirmək ciddi problemlər yarada bilər. Ona görə də razılığa gəlib seçkinin vaxtını irəli çəkmək mümkündür”. 

Deputat seçki vaxtının konstitusiya prinsiplərinə uyğun olmasının vacibliyini vurğulayıb:

“Seçkilərin 2 və ya 3 ay öncədən keçirilməsi elə də ciddi narazılıq yaratmaz. Təbii ki, bu bəlli səviyyədə proseduralarla uyğunlaşdırılaraq həyata keçiriləcək və konstitusiyanın prinsiplərinə ciddi şəkildə əməl olunacaq. Çünki bu bir fors-major vəziyyətdir. COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Ali dövlət maraqlarını əsas götürərək, bu müddətdə seçkilərin ən az 2-3 ay irəli çəkilməsi mümkün ola bilər”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197568