Formula 1 yarışları keçirilən ərazidə yerləşən məktəblər bağlanacaq?

2022-05-31 13:15:00

Formula 1 yarışları keçirilən ərazidə yerləşən məktəblər bağlanacaq?

"Formula 1 yarışları uzun müddət Azərbaycanda keçirildiyindən yarış ərazisində olan məktəblərin kifayət qədər təcrübəsi var. Yarış ərəfəsində həmin məktəblərin tədris prosesi adətən məktəb və valideynlərlə müzakirə olunur".

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir xatırladıb ki, yarış adətən həftəsonu keçirilir: "Tədris prosesi ilə bağlı dəyişiklik məktəb səviyyəsində verilən qərarla tənzimlənir. Həmin ərazilərdə yerləşən məktəb rəhbərliyi və valideynlər qeyd olunan günlərdə məktəbə gəlməyi uyğun hesab edərlərsə, dərslər davam edir. Əgər bu hal mümkün olmasa, 1 və ya 2 gün digər qeyri-dərs günləri ilə əvəz oluna bilər". (report)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya