"Formula 1" komandası sahibini dəyişir

2022-08-25 20:14:00

Almaniyanın "Audi" avtomobil şirkəti avqustun 26-da "Formula 1" üzrə dünya çempionatına gəlişini rəsmən elan edəcək.

Bu, sabah - Belçika Qran-prisindən öncə mətbuat konfransında açıqlanacaq.

Konfransda Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Bin Sulayem də iştirak edəcək. "Audi"nin təkcə öz mühərrikini yaratması deyil, həm də hazırda "Formula 1"də "Alfa Romeo" brendi altında çıxış edən "Sauber"in əsas sahibi olacağı gözlənilir. Almaniya təmsilçisi komandada 75 faiz pay sahibi olmalıdır.

Qeyd edək ki, növbəti vaxtlarda isə "Volkswagen" konserninin digər brendi "Porsche"nin "Red Bull" tərəfdaşı kimi "Formula 1"ə daxil olması gözlənilir. \\AzxeberSport 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066065