"Formula 1”: 2 min qazi və şəhid ailəsinə PULSUZ BİLET VERİLDİ

2022-06-10 23:59:00

“Formula 1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün Vətən müharibəsinin şəhid və qazi ailələrinə pulsuz bilet verilib.

Bakı Şəhər Halqasından (BŞH) Hurriyyet.az-a verilən məlumata görə, bununla bağlı onlara xüsusi dəvət göndərilib.

BŞH layihə kimi qazilərə və şəhid ailələrinə pulsuz bilet təqdim edib. Onlar Azneft tribunasındakı yerlərini tutaraq yarışı canlı izləyiblər.

Üç gün ərzində layihə çərçivəsində 2000 nəfərin həmin tribunadan “Formula 1”-ə tamaşa etməsi planlaşdırılır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya