Formada qalmaq istəyənləri düşündürən sual: gəzinti arıqlamağa kömək edirmi?

2022-08-31 13:26:00

Formada qalmaq istəyənləri düşündürən sual: gəzinti arıqlamağa kömək edirmi?

Demək olar ki, hər kəs gəzintinin sağlamlığa bir çox faydalarının olduğunu təsdiq edir. O cümlədən sağlamlıq sahəsi ilə bağlantılı olan bir çox peşə sahibləri. Rəsmi qəbul edilmiş tibbi rəyə görə, gəzinti xərçəng, ürək xəstəliyi, şəkərli diabet və depressiya riskini azaldır və bir araşdırma göstərib ki, yerimək insanın ömrünü yeddi ilə qədər uzada bilər. Bu fəaliyyət növünün digər əhəmiyyətli üstünlüyü ondan ibarətdir ki, gəzinti ümumiyyətlə pulla alınmır və siz bunu istənilən yerdə, istənilən vaxt edə bilərsiniz. Bununla belə, sual açıq qalır: bu cür gəzintilər arıqlamağa kömək edirmi?
Arıqlamağa gəlincə, etiraf etməliyik ki, gəzinti ağlımıza gələn ilk idman növü deyil. Daha çox  idman zallarındakı qaçış alətlərinə yaxud hovuza abunə almaq qərarına gəlirik. Şübhə edirik ki, insanların sürətli tempdə adi gəzintilərin onlara yaxşı nəticələr əldə etməyə kömək edəcək. Alimlər isə sübut etdilər ki, gəzinti də çəki itkisinə ciddi təsir göstərir. Gündəlik gəzinti daha çox enerji sərf etməyə kömək edəcək, yəni balanslaşdırılmış pəhriz ilə bir araya gətirildikdə, arıqlamaq üçün lazım olan kalori itirilməsinə nail ola bilərik. Əlavə etmək lazımdır ki, çəki itkisinin intensivliyi həm də bir sıra amillərdən, o cümlədən ilkin çəkidən, gediş sürətindən və qət edilən məsafədən asılı olacaq.
Əslində, gəzinti və qaçışda eyni məsafəni qət edilsə, eyni miqdarda kalori yandırılar.  Yetkin insanın orta yerimə sürəti 4,8 km/saat, sürətli yerimə isə 5-7 km/saatdır ki, bu da nəfəsinizi tutduqda və bir az tərlədiyiniz zaman sürət hesab edilə bilər.
Bir araşdırmaya görə, gündəlik sürətli gəzinti orta çəkisi olan qadına altı ayda orta hesabla 7,7 kq (yəni ilk çəkisinin ən azı 10%-i) arıqlamağa kömək edə bilər.
Alimlər həmçinin qeyd ediblər ki, əgər insanın məqsədi arıqlamaqdırsa, yerimə sürəti mühüm rol oynayır. Belə ki, tələb olunan məsafəni 30 dəqiqəyə qət edən qadınlar eyni məsafəni, lakin bir saat ərzində gedənlərə nisbətən daha çox arıqlayıblar. Kök qadınlar arasında da aparılan başqa bir araşdırma, həftədə üç dəfə müntəzəm olaraq 50 və ya 70 dəqiqəlik gəzintilərin 12 həftə ərzində 2,7 kq arıqlamağa imkan verdiyini göstərib. Bununla belə, əlavə etmək lazımdır ki, eksperimentin bütün iştirakçıları aşağı kalorili pəhriz ilə yeriməyi birləşdiriblər. Nəticədə, gündəlik pəhrizin 500-800 kilokalori azaldılması, həftədə üç dəfə yüksək sürətlə (6 km/saat) gəzinti ilə birgə qadınların idman etməyən, sadəcə dietada olan digər qrup iştirakçılarından 1,8 kq çox arıqlamasına kömək edib. Əgər məqsədiniz incə, sağlam bədəndirsə, gəzinti bu məsələdə ciddi kömək edə bilər. Prosesi izləməyi asanlaşdırmaq üçün fitness qolbağı alın və ya addımları sayan proqramı smartfonunuza endirin. Aşağı çəki üçün normanızı hesablamaq çox asan olacaq - adi addımlar sayına daha 3000-4000 addım əlavə edin, bu da sürətli tempdə 30 dəqiqəlik gəzintiyə uyğun olmalıdır. Daimi gəzinti zamanı daha çox kalori yandırmağın başqa bir yolu tempi daim dəyişməyə çalışmaqdır. "Biology Letters" jurnalında dərc edilən bir araşdırmaya görə, dəyişkən sürətlə yerimək sabit sürətlə yeriməyə nisbətən 20% daha çox kalori yandıra bilər. Tədqiqatçıların dediyi kimi, sürəti çox tez-tez-bir neçə dəqiqədən bir deyil, bir neçə saniyədən bir dəyişmək lazımdır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056381