"Forbes"dən savaş ssenarisi: Rus gəmiləri belə məhv edilir

2021-10-13 09:58:00

NATO ölkələri mümkün müharibədə Kalininqrad vilayətinə ərzaq tədarükünü kəsə bilər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Forbes” jurnalının şərhçisi Devid Eks öz məqaləsində yazır.

“Eksklav – bu, Rusiyanın NATO sərhədləri daxilindəki bazasıdır. Lakin bu o deməkdir ki, gərginlik baş verən zaman alyans ölkələri yük maşınları, təyyarə və qatarların Kalininqrada hərəkətini bloklaya bilər”, - deyə D.Eks bildirir.

Onun sözlərinə görə, Estoniya bu yaxınlarda İsraildən mənzili 320 km-ya çatan gəmi əleyhinə qanadlı “Blue Spear” raketlərini əldə edib:

“Tallin indi Baltik dənizində rus gəmilərinə problem yaratmaq üçün unikal şans əldə edib”.