Fitsoya qarşı növbəti sui-qəsd cəhdi ilə Ukraynadakı müharibə arasındakı əlaqə
Hurriyyet.az xəbər verir ki, oktyabrın əvvəllərində Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı növbəti sui-qəsd cəhdi olub. Bu barədə siyasətçi özü "Standard.sk" portalına məlumat verib. Cani addım atmağa imkan vermədən yaxalanıb.
Baş nazir insidentin Polşa ilə sərhəddə yerləşən Dukla aşırımında baş verdiyini bildirib. Həmin gün Karpat-Dukla hərbi əməliyyatının 80 illiyi qeyd edilirmiş.
Fitso deyib: "Saxlanılan şəxs çox qəzəbli idi, mənə və Ukrayna məsələsinə münasibətimə nifrət edirdi".
Metal axtaran alətin köməyi ilə həmin şəxsin üzərində silah tapılaraq müsadirə edilib. Bununla da sui-qəsd törətmək istəyən şəxsin tədbirin Baş nazir də daxil olmaqla, yüksək vəzifəli qonaqlarının toplaşdığı yerə daxil olmasının qarşısı alınıb.
Hürr Tərcüman