Fitrə zəkatı nə qədər verilməlidir? - Video

2022-04-27 10:07:00

Fitrə zəkatı nə qədər verilməlidir? - Video

Bir neçə gündən sonra Ramazan ayı bitir. Duaların qəbul olunduğu, günahların bağışlandığı, ehtiyac sahiblərinin üzlərinin güldüyü Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.

Hurriyyet.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədli Xəzərxəbər-ə deyib ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya