Saat:15:30
Haqqımızda

Fırtına başladı – 54 min sakin evini tərk elədi

2021-12-04 17:16:00

Fırtına başladı – 54 min sakin evini tərk elədi

Hurriyyet.az TRT Haber kanalına istinadən xəbər verir ki, Hindistanın cənubundakı Andhra Pradeş vilayətində şiddətli yağışlar üzündən 54 min nəfər evlərini tərk eləməyə məcbur olub. Vilayətin digər rayonlarında isə məktəblər bağlanıb.

Benqal körfəzində meydana gələn tropik fırtına Hindistanın sahillərində tüğyan edir.

Andhra Pradeş rəsmiləri güclü yağışlar yağmış bölgələrdən 54 min nəfərdən artıq adamın hökumətin yardım düşərgələrinə köçürüldüyünü bildiriblər. Bir sıra məktəblər bağlanıb, qatar səfərləri ləğv edilib.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR