Firdovsi Cəfərov vəzifəsindən azad edildi – Yeni təyinat
2025-05-22 16:13:21
.jpg)
Müdafiə Sənayesi Nazirliyinə məxsus “Təhlükəsizlik və Mühafizə İdarəsi” MMC-nin direktoru Firdovsi Cəfərov vəzifəsindən azad edilib.
Hurriyyet.az xəbər verir ki, şirkətə rəhbərlik Simran Əfəndiyevə həvalə olunub.
Xatırladaq ki, “Təhlükəsizlik və Mühafizə İdarəsi” nazirin 16 oktyabr 2006-cı il tarixli əmri ilə yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin mərkəzi aparatında və onun tabeliyində olan müəssisə və təşkilatlarda mühafizə xidmətini, nəzarət-buraxılış rejimini və öz səlahiyyətləri daxilində digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və bu kimi xidmətlərin göstərilməsindən ibarətdir.
