Finlandiyalı deputatlardan təklif: Ukraynaya Leopard tankları verilsin

2022-12-28 13:30:00

Finlandiyalı deputatlardan təklif: Ukraynaya Leopard tankları verilsin

Finlandiya Ukraynanı Leopard 2 tankları ilə təmin edən ilk ölkə ola bilər. Belə ki, Finlandiya parlamentinin deputatları Anders Adlerkroyz və Atte Haryanne Ukraynaya Leopard tanklarının verilməsini təklif ediblər. Açıqlamaya görə, Finlandiyada ümumilikdə iki yüzə yaxın Leopard 2 döyüş tankı var, lakin ölkə çox sayda hədiyyə verə bilməz.
Deputatlar hesab edirlər ki, “Finlandiyanın özünün müdafiə qabiliyyəti təhlükə altına düşməməlidir, lakin aydındır ki, Ukraynanın müharibədəki uğuru həm də Finlandiya üçün təhlükəsizlik baxımından həlledici amildir”.
Onların fikrincə, az sayda tankın belə Ukraynaya verilməsi Qərbdən yeni tankların tədarükü zərurəti ilə bağlı müzakirələrin əsasını qoyacaq.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000536