Finlandiyada Rusiyaya aid 11 yaxta müsadirə edildi

2022-12-09 23:12:00

Finlandiyada Rusiyaya aid 11 yaxta müsadirə edildi

Finlandiyada Rusiya ilə əlaqəli 27 yaxtadan 11-i müsadirə edilib.

Bu barədə yerli telekanallar Finlandiya gömrük xidmətinin nümayəndəsi Sami Rakşitaya istinadən məlumat yayıb.

Aydın olur ki, araşdırma aparılması üçün müsadirə edilən gəmilərdən 8-i hüquq-mühafizə orqanlarına, 4-ü vergi xidmətinə, 2-si isə cinayət işi üzrə istintaqa təhvil verilib. Hakimiyyət gəmilərə sahib olan şəxslərin sanksiya siyahısında olub-olmadığını araşdırır. Yaxtaların sanksiyaya məruz qalan şəxslərə məxsus olduğu təsdiqlənərsə, yerli hakimiyyət orqanları əmlakın dondurulmasını nəzərdən keçirə bilər.

Müsadirə edilən yaxtaların yeri açıqlanmır. Bloomberg daha əvvəl yazıb ki, rus oliqarxlarına aid edilən və Qərb ölkələri tərəfindən müsadirə edilən yaxtaların saxlanması xərcləri onların ölçüsünə və bahalı əmlakın qorunması ehtiyacına görə ildə 50 milyon dollara başa gələ bilər. Məsələn, ABŞ hökumətinin “Amadea” yaxtasını Fici ada dövlətindən texniki xidmət üçün götürmək barədə razılaşması hakimiyyəti ildə 10 milyon dollar xərcləməyə məcbur edəcək.

Mart ayında Finlandiyada rusiyalı iş adamlarına məxsus ola biləcək 21 yaxtanın saxlanıldığı bildirilmişdi. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.174996