Finlandiya və İsveç təcili NATO-ya üzv ola bilər

2022-05-09 21:45:00

Finlandiya və İsveç təcili NATO-ya üzv ola bilər

İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmək qərarına gəlsələr, təsdiqləmə prosesi bir neçə həftə ərzində tamamlana bilər. Bu halda ərizə verildiyi andan qoşulma protokollarının imzalanmasına qədər cəmi iki həftə vaxt lazım olacaq.

Bu barədə NATO-nun Brüsseldəki sözçüsü bildirib.

Onun sözlərinə görə, üzvlüklə bağlı danışıqların özü hər bir ölkə üçün bir gün çəkə bilər.

NATO-ya qəbul proseduru başa çatdıqdan sonra üzvlük protokolları yalnız alyansın 30 dövləti tərəfindən ratifikasiya edilməlidir. Bu proses daha bir neçə ay davam edə bilər.

Bununla belə, Rusiyanın üzvlük namizədləri ilə bağlı təhdidlərini nəzərə alaraq, bütün NATO ölkələrinin ratifikasiyanı mümkün qədər tez başa çatdırmaq üçün səy göstərəcəyi ehtimal edilir. \\Redaktor


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya