Finlandiya üçün yaşıl işıq! Ərdoğan açıqlama verdi
2023-03-17 19:04:00

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Finlandiyanın NATO-ya daxil olması məsələsi ilə bağlı ölkə parlamentində ratifikasiya prosesinin başlanması barəsində açıqlama verib.
Prezident Ərdoğan deyib: “Biz parlamentdə Finlandiyanın NATO-ya daxil olması müraciətinin ratifikasiya prosesinin başladılmasını qərara aldıq”. O, Ankaranın Helsinki tərəfindən öz öhdəliklərini yerinə yetirmək üçün qətiyyətli addımlar atdığını gördüyünü bildirib.
Türkiyə lideri 14 may tarixli prezident seçkilərinə qədər ratifikasiya prosesinin yekunlaşacağını gözlədiklərini deyib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya