Finlandiya Rusiyadan izahat tələb edib
2022-08-18 22:51:00
Finlandiya Xarici İşlər Nazirliyi Rusiya qırıcılarının bu ölkənin hava məkanını pozması ilə bağlı izahat tələb edib.
Rəsmi Helsinki bununla bağlı Rusiyanın Finlandiyadakı səfirliyinə nota göndərib.
Finlandiya XİN-dən faktla bağlı araşdırma aparıldığı, proses yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəyi bildirilib.
Xatırladaq ki, Finlandiya Müdafiə Nazirliyi Rusiyanın iki qırıcısının ölkənin hava məkanını pozduğunu açıqlayıb. Hadisə avqustun 18-i səhər saatlarında Fin körfəzindəki Porvoo sahil şəhəri yaxınlığında baş verib. \\Report