Finlandiya İsveç olmadan da NATO-ya daxil ola bilər

2023-01-24 14:05:00

Finlandiya İsveç olmadan da NATO-ya daxil ola bilər

Hurriyyet.az xəbər verir ki, Finlandiyanın Xarici İşlər naziri Pekka Haavisto ölkəsinin İsveç olmadan da NATO alyansına daxil olmasının mümkün olduğunu söyləyib.

Ötən ilin may ayında Skandinaviyanın bu iki ölkəsi NATO hərbi ittifaqına üzv olmaq üçün birlikdə müraciət eləyiblər. Alyans üzvlərindən olan 28 ölkə onların lehinə qərar qəbul edib,  yalnız Türkiyə ilə Macarıstan üzvlük müraciətlərinə hələlik müsbət cavab verməyib. Ötən həftə Stokholmda PKK terror təşkilatının tərəfdarları aksiya keçirmiş, ardından Türkiyənin İsveç səfirliyinin qarşısında müqəddəs Quran kitabını yandırmışdılar. Türkiyədə əhali arasında keçirilən sorğu vətəndaşların İsveç dövlətinin NATO-ya qoşulmasının əleyhinə olduqlarını göstərib. Ölkə rəhbərliyi də Stokholmun bu məsələdə Ankaranın dəstəyinə etibar eləməməli olduğunu hiss etdirib.

Finlandiya Xarici İşlər naziri YLE kanalının efirində Helsinkinin alyansa daxil olmaq məsələsində bundan sonra da Stokholmla birlikdə addım atıb-atmayacağı sualının cavabında bildirib ki, hazırkı vəziyyəti qiymətləndirmək zəruridir.

Nazir deyib: “Uzunmüddətli perspektivdə İsveçin layihədə irəliləməsinə əngəl ola biləcək nəsə baş verdimi? Bu barədə danışmaq hələ tezdir”.

Haavisto hələlik Helsinki ilə Stokholmun Şimali Atlantika alyansına daxil olmaq məsələsində Ankara ilə danışıqlarda fasilə verməli olduqlarını söyləyib: “Danışıqlara hökmən fasilə verilməlidir. Ən yaxşısı, atmosferin sakitləşməsindən sonra danışıqları davam etdirməkdir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.184546