Finlandiya Çinə Gürcüstan və Azərbaycandan keçməklə yükdaşıma marşrutu işə saldı

2022-05-11 14:14:00

Finlandiya Çinə Gürcüstan və Azərbaycandan keçməklə yükdaşıma marşrutu işə saldı

Finlandiyanın logistika operatoru "Nurminen Logistics" Rusiyadan yan keçməklə Gürcüstan və Azərbaycan əraziləri vasitəsilə Çinə ilk konteyner marşrutunun istifadəyə verildiyini elan edib.
Marşrut Çindən başlayır və Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək Mərkəzi Avropaya qədər uzanır.
“2022-ci il mayın 10-da Nurminen Logisticsdən ilk tam uzunluqlu konteyner qatarı yeni cənub transxəzər marşrutu üzrə Çinin Çunçin şəhərindən yola düşüb. Marşrut Çindən başlayır və Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək Mərkəzi Avropaya gedir", deyə xəbərdə bildirilir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya