Saat:10:12
Haqqımızda

Filadelfiyada atışma - Ölənlər və yaralananlar var

2025-05-27 13:22:42

Filadelfiyada atışma - Ölənlər və yaralananlar var

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində baş vermiş atışma nəticəsində azı iki nəfər həlak olub, doqquz nəfər yaralanıb.
Bu barədə WPVI telekanalı məlumat verib. 
Hadisə yerli vaxtla mayın 26-da, 22.30 radələrində,  (Bakı vaxtı ilə mayın 27-si, 06.30-da) Fermont mərkəzi parkında baş verib. 
Polisin məlumatına görə, bir kişi ilə bir qadın həlak olub. Yaralılar arasında 15-17 yaşlarında 3 nəfər yeniyetmə də var.
Hadisənin digər təfərrüatları, o cümlədən atəş açanların sayı və harada olduqları açıqlanmır.
Parkda atışma müxtəlif münaqişələrdə həlak olmuş hərbçilərin anım günündə baş verib. Bir çox şəhərlilər həmin gün parkda piknik keçirirmişlər. Polisin məlumatına görə, insident zamanaı hadisə yerində çox sayda insan olub.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176353