Fikrət Məmmədov rəisi işdən çıxardı

2023-01-20 13:23:00

Fikrət Məmmədov rəisi işdən çıxardı

Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifədən azad edilib.

Hurriyyet.az-ın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 2 saylı Gəncə şəhər İstintaq Təcridxanasının rəisi, polkovnik-leytenant Asif Quliyev sərəncama götürülüb. Onun yerinə isə Qasım Əliyev təyin olunub. 

Məlumat üçün bildirək ki, A.Quliyev 2019-cu ilin sentyabrından Gəncə 2 saylı İstintaq Təcridxanasının rəisi vəzifəsində işləyirdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138185