Fikrət Cəfərli: “Kənd sakini traktorla ot gətirir, yol polisi saxlayıb cərimə yazır”

2022-08-23 21:10:00

Fikrət Cəfərli: “Kənd sakini traktorla ot gətirir, yol polisi saxlayıb cərimə yazır”

“Dövlət Yol Polisi ilə bağlı şikayətlərin artması onu göstərir ki, bu barədə Daxili İşlər Nazirliyi tərəfindən tədbir görülmür. Yol polisləri artıq qanuni-qanunsuz sürücüləri saxlayırlar, onlardan rüşvət və s. tələb edirlər, qanunsuz şəkildə incidirlər. Bakı şəhərində də belədir, rayonlarda isə xüsusilə artıb. DİN tədbir görməyəcəksə, bu cür neqativ hallar getdikcə daha da artacaq”.


Hurriyyet.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Fikrət Cəfərli deyib.
 
O, Masallı rayon DYP ilə bağlı çoxsaylı şikayətlər olduğunu da bildirib: “Bu yaxınlarda Masallı ilə bağlı bizə şikayətlər gəlirdi. Masallı rayon yol polisinin əməkdaşları artıq kəndlərə girirlər. Kəndlərdə dayanırlar, küçələrdə insanları incidirlər. Təsəvvür edin, hansısa kənd sakini traktorla ot gətirir, yol polisi işçiləri küçədə onu saxlayıb cərimə yazırlar. Cərimə adı ilə insanlardan pul alırlar. Bu, onu göstərir ki, cəzasızlıq sindromu var. Daxili İşlər Nazirliyi profilinə görə ən ağır iş rejimi olan nazirlikdir. Nazirliyin funksiyası cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması və digər hallardır. DİN həmişə tənqid olunası bir strukturdur. Çünki fəaliyyət sferasına, profilinə, ortada olan iş prinsipinə görə tənqidlərin olması təbii haldır.



Tənqidlər olmasa, anormal görünər. DİN-in hansısa polis idarəsinin əməkdaşının, yol polisinin işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunduğu, ümumiyyətlə sistemdən çıxarıldığı barədə açıqlamalarına rast gəlinirmi? Bu hallara rast gəlmirik. Sanki qorunma var. Vətəndaş polis əməkdaşından şikayət edir, heç bir əhəmiyyət verilmir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060209