FİFA Zelenskinin Qətərə getmək istəyini rədd elədi
2022-12-17 09:42:00

Ukrayna prezidenti Vladimir Zelenski maraqlı açıqlama ilə çıxış edib.
Hurriyyet.az xəbər verir ki, Zelenski Qətərdə keçirilən dünya çempionatının finalında çıxış etmək istədiyini açıqlayıb.
Ukrayna liderinin bu niyyəti FİFA rəhbərliyi tərəfindən rədd edilib. Lakin çıxışın baş tutması üçün danışıqlar davam etdirilir.
Xatırladaq ki, Rusiya müharibəsi başladıqdan sonra Zelenski Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, Avropa Parlamentində, ABŞ-ın mühüm universitetlərinin buraxılış mərasimlərində həmçinin G20 Sammitində, Kann Film Festivalından çıxışlar edib.
sfera.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya