Saat:03:14
Haqqımızda

FİFA Yaponiya millisinə və azarkeşlərinə minnətdarlıq etdi – “Mükəmməl təmizlik”

2022-11-25 13:27:00

FİFA Yaponiya millisinə və azarkeşlərinə minnətdarlıq etdi – “Mükəmməl təmizlik”

Hurriyyet.az xəbər verir ki, Almaniya üzərində qələbədən (2:1) sonra Yaponiya milli komandasının futbolçuları paltardəyişmə otağını tərtəmiz yığışdıraraq oranı tərk ediblər. Həmçinin, Yaponiya azarkeşlərin də oyun bitdikdən sonra oturduqları tribunaları təmizləməsi bütün dünyada heyranlıq və təqdirlə qarşılanıb.

Bu, Yaponiyada yaponlara məktəb dövründən bəri öyrədilən mədəniyyət dərsidir. Yapon şagirdlər ibtidai təhsilləri müddətində məktəbi özləri təmizləyirlər. Yapon pedaqoqlar düşünür ki, bununla şagirdlər öz məsuliyyətini dərk etmiş olur, həmçinin empatiya duyğuları güclənir.

FİFA da öz növbəsində ədəb və tərbiyəsinə görə yapon futbolçularına və azarkeşlərinə minnətdarlığını bildirib.

FİFA-nın mətbuat xidməti “Tvitter” səhifəsində yazıb: “Dünya Çempionatının dördüncü günündə Almaniya üzərində qələbədən sonra yapon azarkeşlər stadiondakı tullantıları təmizlədilər, Yaponiya millisi isə öz paltardəyişmə otağını bax belə qoyub. Mükəmməl. Çox sağ olun”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR