FİFA qalmaqallı oyunla bağlı qərarı açıqladı

2022-05-02 23:14:00

FİFA qalmaqallı oyunla bağlı qərarı açıqladı

FİFA DÇ-2022-nin pley-off mərhələsində keçirilən Seneqal - Misir oyununda (ilk oyun 0:1, cavab oyunu - 1:0, penaltilər seriyası - 3:1) baş verən hadisələrlə bağlı qərar verib.

Seneqal millisinin azarkeşləri penaltilər seriyası zamanı Misir yığmasının futbolçularının üzünə lazer işığı tutublar. Nəticədə misirlilər üç zərbəni dəqiq yerinə yetirə bilməyiblər və mundaila vəsiqə qazanmayıblar. Bundan başqa, seneqallı azarkeşlər irqçi şüarlardan istifadə ediblər. Misir millisi rəqib azarkeşlərin davranışına görə bu matçın təkrar oynanılmasında israrlı olub.

FİFA rəsmi saytı vasitəsi ilə baş verənlərlə bağlı qərarını açıqlayıb. Qərara əsasən, Seneqal millisi bir matçı azarkeşsiz keçirməli olacaq. Bundan başqa, Seneqal Futbol Federasiyası 175 min İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, seneqallı azarkeşlər lazerdən ən çox "Liverpul"un lideri Məhəmməd Salahın penaltini yerinə yetirməsi zamanı istifadə ediblər və o, nəticədə qol vura bilməyib. \\Press.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya