Saat:15:42
Haqqımızda

"Fidanın Blinkenlə görüşdə prinsipial davranışı Türkiyənin islam dünyasının lideri olduğunu bir daha sübut etdi" - ZAUR MƏMMƏDOV

2023-11-07 12:21:58

"Görüşdə Əl-Əqsa məscidinin heykəlciyi diqqəti çəkib, bununla da Türkiyə dünyaya mesaj verir ki, müqəddəs torpağlarda sabitliyin müdafiəçisidir"

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında görüş baş tutub. Türkiyə mediasının yaydığı məlumata görə, tərəflər görüş zamanı əsasən Yaxın Şərqdəki vəziyyəti müzakirə edirlər. 

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bildirən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun fikrincə, 3 saat davam edən görüş və Hakan Fidanın prinsipial davranışı Ankaranın islam dünyasının lideri olduğunu bir daha sübut etdi: "Buna müsəlmanlar diqqət yetirməlidirlər. Bu cür görüşlərdə zaldakı mənzərə adətən icmarıc rolunu oynayır. Blinken ilə görüşdə Əl-Əqsa məscidinin heykəlciyi diqqəti çəkib. Bununla da Türkiyə dünyaya mesaj verir ki, müqəddəs torpağlarda sabitliyin müdafiəçisidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.584821