Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdi
2024-09-28 22:43:06
Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü zamanı həmkarı ilə Azərbaycanla Ermənistan arasındakı sülh prosesini müzakirə edib.
Hurriyyet.Az-ın xəbərinə görə, Hakan Fidan bu barədə Türkiyə mediasına müsahibəsində bildirib.
O qeyd edib ki, görüş zamanı Qəzza, Rusiya-Ukrayna müharibəsi və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.