Saat:05:22
Haqqımızda

FHN-in idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - FOTO

2024-05-02 14:03:30

FHN-in idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovla Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb. 

Hurriyyet.az xəbər verir ki, “qaynarinfo”ya daxil olan məlumata görə, buna səbəb dövlət xidmətinin Elnar İmanovu cərimələməsidir. 

Bildirilir ki, idarə rəisinə İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə cərimə yazılıb. Bu maddə işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi ilə bağlıdır. Bu maddədə vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək cərimə edilməsi nəzərdə tutulur.

Elnar İmanov dövlət xidmətinin qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Abşeron Rayon Məhkəməsində baxılacaq. İş hakim Vaqif Həsənovun icraatındadır. Mayın 10-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

Elnar İmanov ötən ilin sentyabrında FHN-in idarə rəisi təyin edilib. Bundan əvvəl o, nazirliyin Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəis müavini və baş zabiti vəzifəsində çalışıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.206646