Saat:01:40
Haqqımızda

FHN Hirkan Milli Parkında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

2021-08-04 15:17:00

FHN Hirkan Milli Parkında yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Hirkan Milli Parkının ərazisində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda növbəti maairfləndirmə tədbiri keçirib.

Fövqəladə Hallar Nazirliyindən "Hürriyyət"ə verilən məlumata gör, tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb.

 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR