FHN əməkdaşı qəflətən VƏFAT ETDİ
2025-05-19 19:08:01

Tovuzda FHN əməkdaşı vəfat edib.
Hurriyyet.Az Unikal.az-a istinadən xəbər verir ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1997-ci il təvəllüdlü Sərxan Aşırovun bu gün səhər saatlarında yaşadığı evdə səhhəti qəfildən pisləşib.
Dərhal təcili yardım çağırılıb, müayinə zamanı onun dünyasını dəyişdiyi məlum olub.
İlkin ehtimala görə, S.Aşırov ürək tutmasından ölüb. Mərhum subay olub.
