Fərruxun əşyaları xeyriyyə məqsədilə satışa çıxarılır

Dünyaca məşhur “Queen” rok qrupunun solisti Freddi Merkyurinin əşyalarının yer aldığı şəxsi kolleksiya hərraca çıxarılacaq.
Hurriyyet.Az xəbər verir ki, bu barədə BBC-yə Merkyurinin dostu və varisi Meri Austin məlumat verib. O, məşhur sənətçinin 30 il ərzində 1500-ə yaxın qiymətli əşya topladığını və bu əşyaların Merkyurinin Londondakı evində saxlandığını bildirib. Hərracın Londondakı Sotheby’s Evində reallaşacağını deyən Austin satışdan təxminən 6 milyon funt-sterlinq gəlir gözlənildiyini və vəsaitin bir hissəsinin xeyriyyə təşkilatlarına bağışlanacağını açıqlayıb.
Bildirilib ki, satışa çıxarılan əşyalara Merkyurinin əlyazmaları, səhnə geyimləri, alətləri və bir sıra məşhurların əsərləri daxildir.
Xatırladaq ki, Freddi Merkyuri 1946-cı ildə Tanzaniyanın Zənzibar adasında anadan olub. Əsl adı Fərrux Bulsara olan sənətçi 17 yaşında ailəsi ilə birlikdə İngiltərədə məskunlaşıb. 1970-ci ildə “Queen” rok qrupunu yaradıb və qrupla birgə 15 albom buraxıb. Dünyada 300 milyondan çox albomu satılan “Queen” qrupu isə 1991-ci ildə Merkyurinin vəfatından sonra fəaliyyətini dayandırıb. \\KONKRET.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya