Fərrux barədə danışıqlar aparılır? – Separatçılardan sərsəm açıqlama

2022-06-21 13:15:00

Fərrux barədə danışıqlar aparılır? – Separatçılardan sərsəm açıqlama

Qarabağ separatçılarının liderlərindən David Babayan iyunun 20-də AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, Azərbaycan silahlı qüvvələrinin Fərrux kəndi istiqamətində irəliləməsindən üç ay keçməsinə baxmayaraq bu barədə hələ də danışıqlar aparılır.

Babayan danışıqların kimlərin arasında və hansı formatda aparıldığına dair heç nə deməyib. Separatçılar bundan əvvəl demişdilər ki, danışıqlar Rusiya sülhməramlılarının vasitəçilyi ilə aparılır.

Azatutyun yazır ki, Fərrux kəndi barədə ötən həftəsonu Ermənistan prezidenti Vaaqn Xaşatryan da Rusiyanın erməni icması ilə görüşündə danışıb. O deyib ki, Rusiya tərəfi bu məsələdə öz səhvini etiraf edib.

David Babayansa hesab edir ki, bu məsələdə Rusiya tərəfini ittiham etmək düzgün deyil.

O əlavə edib ki, Fərruxda baş vermiş insident təkcə Dağlıq Qarabağa deyil, Rusiya sülhməramlılarına zərbə olub: “Fərruxdakı insident terror aktı idi və həm bizə, həm də sülhməramlılara zərbə olub. Bu zərbə cavabsız qalmayacaq. Harda nə vaxt baş verməsindən asılı olmayaraq terrorizm cavabsız qalmamalıdır”.

Azatutyun yazır ki, David Babayan hazırda öz kitabının təqdimatı üçün Yerevandadır. O bir daha Qarabağın statusu məsələsinə toxunub və deyib ki, Qarabağ üçün Azərbaycanın tərkibində istənilən status qeyri-məqbuldur.

Babayan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüququnu, yəhudilərin ölüm düşərgələrindəki hüquqları ilə müqayisə edib. ATƏT-in Minsk qrupu həmsdərlərindən danışan Babayan deyib ki, “hazırda Qərb və Rusiya arasında yaranmış vəziyyətə görə onlar görüşə bilmirlər”.

Onun sözlərinə görə qrup buraxılmayıb, sadəcə olaraq “donmuş” vəziyyətə düşüb. 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya