Fərid Qayıbov vacib məsələyə bir sözlə – "bilmirəm"lə nöqtə qoydu!

2022-05-13 21:03:00

Fərid Qayıbov vacib məsələyə bir sözlə –

Cümlə – bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir.

 Yəni bəzən bir fikri ifadə etmək üçün uzun-uzadı söz birləşmələrinə ehtiyac qalmır. Bircə kəlməylə də hər şeyə aydınlıq gətirmiş olursan. Necə ki, dünən radioda yayımlanan verilişdə qonaq olan gənclər və idman naziri Fərid Qayıbov vacib məsələyə bir sözlə – "bilmirəm"lə nöqtə qoydu.

"ASAN Radio"da qonaq olan nazir dinləyicilərdən birinin "sizcə, Azərbaycanda futbolun səviyyəsi artacaqmı?" sualına gülümsünərək "bilmirəm", – deyə cavab verdi.

Yadıma gəlir, uşaq olanda valideynlərimiz israrla beynimizə yeridirdi ki, çöldə-bayırda, məktəbdə, qonum-qonşuda kimsə nəsə soruşanda deyin, "bilmirəm". Yəni bu "bilmirəm" kəlməsi sənin üçün çox vaxt başucalığı gətirəcək. Ağzın möhkəm olacaq.

Lakin bəzi məqamlar var ki, orada bu sadə sözü demək də çətin olur. Hələ söhbət ölkə idmanı, ələlxüsus bərbad durumda olan futbolundan gedirsə, buna sadəcə "bilmirəm" demək də məziyyətdir. İllərdir futboldakı əyər-əskiklər tənqid olunur, deyilir, yazılır, ancaq ortada müsbətə doğru bir irəliləyiş, ümid işığı yoxdur.

Bu taleyüklü məsələ barədə fikrini bir sözlə bitirən nazir də hər şeyin gün kimi ortada olduğunu bilir.

Əgər futbola cavabdeh olan qurumlar bu suala cavab tapa bilmirsə, gənclər və idman naziri nə desin ki?..

Daşqın Əziz

Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya