Saat:06:29
Haqqımızda

Fərdi Tayfurun yarımadasının qiyməti açıqlandı

2025-01-07 20:08:24

Fərdi Tayfurun yarımadasının qiyməti açıqlandı

79 yaşında qaraciyər və böyrək çatışmazlığından vəfat edən Fərdi Tayfurun 86 mənzil, 7 villa, Marmarisdə yarımada və bir çox daşınmaz əmlakı Türkiyədə müzakirə mövzusudur. Fərdi Tayfur yalnız bir dəfə ailə qurub və bu izdivacdan 5 övladı var. Mirasının da 5 övladı arasında bölünəcəyi bildirilir.

Hurriyyet.az Kult.az-a istinadən xəbər verir ki, əmlakçılar sənətçinin yalnız Marmarisdəki yarımadasının hazırkı bazar qiymətinin 400 milyon lirə (12 milyon dollar) olduğunu açıqlayıblar. Ümumilikdə isə F.Tayfurun yalnız daşınmaz əmlakı 3 milyard lirə (90 milyon dollar) dəyərindədir.

Türkiyə mediası Tayfurun hər övladına 600 milyon lirə (18 milyon dollar) düşəcəyini açıqlayıb.

Qeyd edək ki, sənətçinin inşaat biznesinə də yatırımlar etdiyi bildirilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190664