Fənərbaxçaya dünyaca məşhur ulduz futbolçu gəlir
2025-06-27 19:50:19

Transfer çalışmalarını davam etdirən “Fənərbaxça”ya Paris Saint-Germain futbolçusu Marko Asensio təklif olunub.
Ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirən 29 yaşlı ispaniyalı ulduzun PSJ-də transfer haqqı var.
Sensio ötən mövsüm PSJ-də 16 oyuna 2 qol vurub, 4 məhsuldar ötürmə edib, icarə əsasında çıxış etdiyi Aston Villada isə 21 oyuna 8 qol vurub.
Fənərbaxçanın bu təklifə cavabı maraqla gözlənilir. \\Tribunainfo.az
