“Fənərbaxça”dan Mahir Emrelinin komandasına 4 cavabsız qol

2023-02-25 22:40:00

“Fənərbaxça”dan Mahir Emrelinin komandasına 4 cavabsız qol

Türkiyə Super Liqasında 23-cü turdan təxirə salınmış oyunlar keçirilib.

Hurriyyet.Az xəbər verir ki, bu gün 2 oyun baş tutub.

“Fənərbaxça” doğma meydanda “Konyaspor”la qarşılaşıb. Azərbaycan yığmasının futbolçusu Mahir Emrelini heyətinə qatan Konya təmsilçisi səfərdə darmadağına üzülüb. Mahir bu görüşün iştirakçısı olmayıb. Üç qolun qeydə alındığı “Girəsunspor” - “Kayserispor” matçında isə qonaqlar qalib gəliblər.

Hazırda 54 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 48 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncü pillədə qərarlaşıb. 

Türkiyə Super Liqası
23-cü turun oyunları
25 fevral

Fənərbaxça – Konyaspor 4:0
Qol: Valensiya, 13-pen; 45+6. Kinq, 61. Salai, 78.

Girəsunspor – Kayserispor 1:2
Qol: Bayiç, 58 – Mane, 6. Tiam, 40.

Mənbə: Fanat.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143726