"Fənərbağça"nın məşhur futbolçusu "Trabzonspor"a keçir
2022-05-26 21:29:00
Türkiyənin "Fənərbağça" komandasının futbolçusu Ozan Tufan karyerasını Super Liqanın digər klubunda davam etdirə bilər.
27 yaşlı oyunçu "Trabzonspor"la danışıqlar aparır.
Super Liqada son mövsümün çempionu olan Trabzon təmsilçisi Ozanı sıralarına qatmağa yaxındır. Ozan üçün təklif olunan müqavilə şərtləri və transfer məbləği isə açıqlanmır.
Qeyd edək ki, Türkiyə yığmasının da üzvü olan futbolçu 2015-ci ildən "Fənərbağça"da çıxış edir. \\Offsideplus.az