"Fənərbağça" "Barselona"nın iki məşhur futbolçusunu transfer edir

2022-04-19 19:55:00

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.

İstanbul təmsilçisi "Barselona"nın iki futbolçusu - Luuk de Yonq və Samuel Umtiti üçün danışıqlar aparır.

Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandesin gələcək planlarında yer almayan oyunçular yay transfer dövründə "Fənərbağça"nın sıralarına qoşula bilər.

Qeyd edək ki, 31 yaşlı niderlandlı hücumçu Luuk de Yonq 2021-ci ildən "Barselona"da çıxış edir. 31 yaşlı fransalı müdafiəçi Samuel Umtiti isə 2016-cı ildən Kataloniya təmsilçisində top qovur.\\Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya