Fələstin dəstəkçiləri polislə üz-üzə - ABŞ-da tələbələr həbs edildi
Hurriyyet.az xəbər verir ki, ABŞ-da polis Kolumbiya universitetinin Fələstini dəstəkləyən etirazçı tələbələr tərəfindən ələ keçirilmiş kampusunu hücumla alıb.
Bu məlumatı "Vaşinqton Post" nəşri dərc edib.
Yüzlərlə etirazçının olduğu binanı tamamilə nəzarətə götürmək üçün polisə 3 saat gərək olub. Nümayişçilər universitet rəhbərliyindən İsrail layihələrinə sərmayə qoymağı dayandırmağı tələb ediblər.
Universitetin rektoru Minuş Şafik etirazçıları vandallar adlandırıb, onların tələblərini yerinə yetirməyəcəyini bəyan edib və "Hamilton-holl" aksiyasının bütün iştirakçılarını ali məktəbdən qovacağı ilə təhdid edib.
Mətbuatın yazdığına görə, 50 nəfərə qədər nümayişçi həbs edilib. Ümumiyyətlə ABŞ universitetlərində Fələstini dəstəkləyən 1300-dən artıq şəxs saxlanılıb.
Hürr Tərcüman