Federasiya prezidentinə 15 illik cəza verilə bilər - Bir öpüşə görə

İspaniya Kral Futbol Federasiyasının vəzifəsindən üç ay müddətinə uzaqlaşdırılan prezidenti Luis Rubiales tarixi cəza ilə üz-üzə qala bilər.
Qadınlararası dünya çempionatının qalibi olan İspaniya millsinion üzvü Cenni Hermosonun dodaqlarından öpən prezidentə qarşı istintaq işi açılıb. Ancaq dünyanın ali futbol qurumu FİFA Rubialesə 15 il müddətinə qadağa qoya bilər. Hazırda həm İspaniyada həm də FİFA-da davam edən istintaqdan sonra Rubialesə qarşı intizam işi açılıb-açılmaması barədə qərar veriləcək. "The Mail via Cadena Cope” xəbər verir ki, FİFA Rubiales üçün 15 illik qadağa tələb edəcək, çünki iş İspaniyanın hüquq sistemində davam edir. İspaniya İdman Nazirliyinin şöbəsi olan Yüksək İdman Komitəsi (CSD) İdman Tribunalına (TAD) rəsmi şikayət göndərib. İşin ciddi pozuntuya uyğun olub-olmaması yoxlanılacaq və günahı təsdiqlənərsə, Rubiales 2 ildən 15 ilə qədər diskvalifikasiyaya məruz qala bilər.
İctimai rəy İspaniyada Rubialesin əleyhinədir. Bu arada RFEF də Rubialesin dərhal istefasını tələb edib, lakin onun belə addım atmaq niyyətində olmadığı görünür. Prezident özü də açıqlamasında istefa verməyəcəyini söyləyib. \\Qaynarinfo
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya