Bir neçə gün öncə İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyət göstərmiş və müəllimlik fəaliyyətinə xitam verilən Leyla Nəcəfquliyeva tiktokerliyə başlayıb.
Hurriyyet.Az referans.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında izləyicilərə məlumat verib.
Müəllim bildirib ki, artıq tiktokerdir. Müəllim hətta, məkanların reklam çarxının hazırlanması üçün işbirliyi də təklif edib.
O bildirib ki, artıq müəllimlik sənətinə nifrət edir.
Qeyd edək ki, Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb. Bu səbəbdən müəllim tutduğu vəzifəsindən azad edilib.