Saat:15:49
Haqqımızda

Fazil Mustafa ilk ona zəng edib: “Evə daxil ola bilərlər, tez gəl...“

2023-03-29 13:00:00

Fazil Mustafa ilk ona zəng edib: “Evə daxil ola bilərlər, tez gəl...“

“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”. 

Bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib. 

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə  sıxıb:

“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim, buraya. Təmkinini itirməmişdi”.  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR