Saat:05:36
Haqqımızda

Fazil Mustafa: “Bir öldürülən əsgərimizə görə 10-20 erməni əsgəri məhv edilməlidir”

2021-10-15 12:23:00

Fazil Mustafa: “Bir öldürülən əsgərimizə görə 10-20 erməni əsgəri məhv edilməlidir”

Deputat Fazil Mustafa parlamentdəki çıxışında diqqəti ötən gün baş verən terror aktına çəkərək bildirib ki, Azərbaycanın bu günlər Qarabağda üzləşdiyi hadisələr gözlənilən idi:

“Bir öldürülən əsgərimizə görə, 10-20 erməni əsgərinin məhv edilməsi ilə cavab verilməldir. Dövlət rəhbərinin də qətiyyəti, iradəsi cəmiyyətimiz tərəfindən dəstəklənir”.

Hurriyyet.az xəbər verir ki, F.Mustafa ardınca bildirib ki, Ali Attestasiya Komissiyası bir nəfərin elmi işi plagiat olduğuna görə ləğv olunub:

“Elm sahəsində plagiat baş alıb gedir. Elmdə köşk götürmək, “tolkuçka” açmaq ənənəsini aradan qaldırmaq lazımdır”.

Deputat məmurların qorunması mexanizminin yaradılmasını da təklif edərək bildirib ki, yeni təyin olunan şəxs gələn kimi işçilərdən kütləvi şəkildə ərizə tələb edir:

“Məmuru qorumağın mexanizmi tapılmalıdır. Kütləvi şəkildə öz adamlarını yerləşdirsin deyə, kütləvi şəkildə işçiləri uzaqlaşdırmaq çox pis ənənədir. Bu ənənə ancaq Azərbaycandadır və bunu yığışdırmaq lazımdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR