Saat:10:02
Haqqımızda

Fatimənin məscid önündəki videosu qalmaqal yaratdı - Video

2023-03-25 15:33:00

Fatimənin məscid önündəki videosu qalmaqal yaratdı - Video

Rəqqasə Fatimə Fətəliyevanın Türkiyədə məscidin yanında çəkdirdiyi videosu qalmaqala səbəb olub. 

Hurriyyet.az xəbər verir ki, sənətçinin ziyafət obrazı (saç, vizaj və libası - red) sosial şəbəkə əhlini qəzəbləndirib.

Onlar rəqqasənin məscid önündəki belə bir təmtəraqlı imicini "burnundan gətiriblər". 

Neqativ dolu şərhlərdən özünü qorumağa çalışan rəqqasə videosunun rəy bölməsini bağlayaraq, onlara bu sözlərlə cavab verib:

"Necə cahil insanlar var. Heç yerdə deməmişəm ki, hicaba keçirəm, qapanıram və ya hər zamanki geyimlərdə olmayacağam. Allah qismət etsin, nə vaxtsa qapanacağam. Allah bəxş etsə, olacaq. Taksimdə (İstanbul) məscidin yanında video çəkdirmişəm. Məscidə girməmişəm, gözəl sözlərin qarşısında dayandım. Xınayaxdı məclisinə gedirdim, bəzənmişdim. Haramsa açıq deyildi, geyimimi bilən biriyəm. Orasını-burasını açanlara tərif yazırsınız. Beyninizi işlədin, görün dünya nə haldadır. Sanki bir vaqonda oturmuşuq, hər dayanacaqda bir insanı yola salırıq.

Ölüm-itim dünyasıdır. Ayılın, xoş söz yazıb, bir-birinizə ürək-dirək verin. Hər şey o qədər qısa və mənasızdır ki... Yazırsınız ki, özünü məscidin qabağında çölə qoyub, utanmaz, ağlı yoxdur.

Ağlım da başımdadır, ruhum da çirkab deyil. İnsanlar daha da düzəlməkdən, əksinə olurlar. Ömür qısalıb, düzəlin, içinizdə, ruhunuzda iyrənc məsələlər var. Haradan gəlir sizə belə iyrənc söhbətlər? Oturub güdürsünüz ki, bunu necə vurum? Yazdıqlarınızı silirəm, qanımı qaralda bilməzsiniz, gülüb keçirəm. Bilirəm ki, bu sözlərim də sizə təsir etməyəcək", - deyə Fatimə vurğulayıb.

bizim.media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR