Saat:14:26
Haqqımızda

Fatimə avtomobilindən cadu tapdı - VİDEO

2022-10-31 22:42:00

Fatimə avtomobilindən cadu tapdı - VİDEO

Rəqqasə Fatimə Fətəliyevanın başına iş gəlib.

Hurriyyet.Az xəbər verir ki, sənətçi avtomobilindən cadu tapdığını deyib. Bu haqda instaqramda canlı yayımda danışan rəqqasə həmin şəxsin adını çəkmədən, ona ismarış göndərib:

"Nədir səni belə öldürən? Məndən yaxşı maşın sürən, bahalı evdə yaşayan da var. Niyə gözünə girmişəm, de. Öz zəhmətimlə, qaçhaqaçdayam. Niyə səni belə yandırmışam. Sonuncu sözüm budur: əməllərindən əl çəkməyəcksən, hobbindir. Çünki səni yaman yandırmışam. Ağıllı və Allahdan qorxan adam bilər ki, belə işlərin sonu yoxdur. cadugarlar, o dünyadan qorxun. Maşına gecə ilə şamı necə töküblər. Bunu necə bacarırsınız? Hünəri çatmır gəlib üzümə desin ki, səndən zəhləm gedir".

 

 

Axşam.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR