“FAŞİST LİDER MƏĞLUB OLMALIDIR!” – “Hitler Almaniyası və Putin Rusiyasının oxşarlığı heyrətə gətirir”

2022-05-23 15:07:00

“FAŞİST LİDER MƏĞLUB OLMALIDIR!” – “Hitler Almaniyası və Putin Rusiyasının oxşarlığı heyrətə gətirir”

Yel Universitetinin professoru, tanınmış tarixçi və yazıçı Timoti Snayder «Bu səslənməlidir: Rusiya - faşist dövlətdir» başlığı altında məqalə dərc etdirib. Amerikanın «New York Times» nəşri bu mövzuda künc yazısı dərc edib.

Şərqi Avropa tarixi üzrə ixtisaslaşmış Snayder məqalədə onu müzakirə edir ki, İkinci Dünya Müharibəsinin cəbhəsində faşist Almaniyası üzərində qələbə çalınıb, amma faşist ideologiyası üzərində yox.

Snayderin fikrincə, onun mahiyyətini «təmizləyici zorakılıq» kimi ifadə etmək olar və indiyə qədər bu ideologiyanın ən parlaq assosiasiyası bizim üçün Hitler və Holokost olub.

Amma müəllif hesab edir ki, bu, çox səthi yanaşmadır. Faşizm müxtəlif vaxtlarda və müxtəlif miqyasda bir çox Avropa ökələrində baş qaldırıb. Özünün bütün təzahür formalarında o, həmişə kiminsə sağlam düşüncə tərzinə qalib gəlməyə çalışıb. Və Snayder təsdiqləyir ki, biz bunu tam olaraq hazırda müşahidə edirik: Rusiya, onun fikrincə, ən həqiqi faşist müharibəsi, dağıdıcı müharibə aparır.

Məqalə müəllifi bu nəticəyə gəlir ki, bugünkü Rusiya faşizmdən ibarət olan kriteriyaların əksəriyyətinə cavab verir:

1) Bir liderə pərəstiş (Vladimir Putin);

2) Hansısa böyüklük uğrunda ölənlərə pərəstiş (BVM qələbə);

3) İmperiyanın keçmiş böyüklüyü barədə mif və bu böyüklüyün qaytarılması;

4) Güclü təbliğat maşını;

5) Mənsubiyyət nişanəsi kimi vizual rəmzlər (Z və V);

6) Rəhbəri dəstəkləyən kütləvi tədbirlər;

7) Konkret insan qruplarına yönəlik nifrət dili.

Hitler Almaniyası və Putin Rusiyası arasındakı oxşarlıq mat qoyur, Snayder yazır. Çoxları üçün bunun qəbulu nə qədər mürəkkəb olsa da, amma Rusiya bu yolu təkrar edir və bu zaman ətrafa əzab və dağıntı səpir.

Nə vaxtsa faşizmə qalib gəlmiş ölkə özü belə ola bilmir deyə, düşünmək səhvdir, müəllif hesab edir. Tarixin müəyyən dövrünə qədər faşizm Sovet İttifaqında xüsusi «nifrət» doğurmayıb, bu, 1939-cu ildə SSRİ və Almaniya arasında imzalanmış müttəfiqlik müqaviləsindən görünür.

Faşist liderlərin nitqləri sovet mətbuatında təkrar dərc olunub. Öz növbəsində, Almaniya hakimiyyəti sovet siyasətçilərinin azsaylı xalqların deportasiyası sahəsində siyasətinin effektliliyini alqışlayıb.

Tanınmış nasist, filosof və mütəfəkkir Karl Şmidt bir dəfə deyib ki, faşist siyasəti müəyyən düşməndən başlayır. Bununlamı uzun illər ərzində öz tarixində Sovet İttifaqı məşğul olub və bununlamı hazırda Putin məşğul olur - «antifaşist» kəlməsi altında gizlənərək? - öz sütununda Timoti Snayder yazır.

Ukraynalılar Rusiya Prezidenti üçün nasistdirlər, çünki özlərini rus hesab etmirlər və müqavimət göstərməyə cəsarət edirlər, müəllif davam edir. Onun Ukraynanın məhvi barədə planlarına qarşı çıxış edən istənilən şəxs isə nasizmin/faşizmin ortağıdır.

Ukraynaya qarşı müharibə - bu, nəinki faşist döyüş sahəsinə qayıdışdır, həm də ənənəvi faşist dilinə və siyasətinə qayıdışdır:

1) Başqa insanlar onun üçün mövcuddurlar ki, onları əsarət altına alsınlar;

2) Rusiya heç nədə günahkar ola bilməz - onun nəzəri keçmişinə görə;

3) Ukraynanın mövcudluğu - bu, beynəlxalq sui-qəsdir;

4) Müharibə - yeganə mümkün cavabdır.

Situasiyadan çıxış - cəmi bircə çıxış var, Snayder yazır: faşist lider məğlub olmalıdır - tam və dönməz. Kremldə Ukrayna hakimiyyətini «nasizm»də günahlandırırlar və bununla da Kiyevə qarşı hərbi fəaliyyətə haqq qazandırırlar.

AzPolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya