Faşist Almansiyası: “Bir xalq, bir reyx, bir fürer” və Rusiya: “Bir dövlət, bir prezident, bir qələbə”

2022-08-23 19:12:00

Faşist Almansiyası: “Bir xalq, bir reyx, bir fürer” və Rusiya: “Bir dövlət, bir prezident, bir qələbə”

Darya Duqinanın dəfn mərasimində Rusiya Liberal Demokart Pratiyasının və Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutski nasist Almaniyasının şüarını belə ifadə edib: "Partiyalardan asılı olmayaraq, yalnız bir yanaşma ola bilər. Bir ölkə. Bir prezident. Bir qələbə! Vaxtı ilə "Bir xalq, bir Reyx, bir fürer" şüarı Hitlerin portreti olan plakatlarda çap olunub”. 

Xatırladaq ki, bu şüar nasistlərin almanları toplamaq məqsədiylə qarşıya qoyduğu vəzifəni əks etdirmək üçün nəzərdə tutulmuşdu. Bu şüar altında Avstriyada Almaniya ilə birləşmək üçün referendum keçirilib. 

Slutskinin çıxışının audioyazısını jurnalist Aleksandr Çernıx öz Telegram kanalında dərc edib.

Daha sonra jurnalistlərlə söhbətində Slutski açıqlaması ilə nə demək istədiyini izah etməyə çalışıb: 

"Biz tariximizdə heç vaxt olmadığı kimi bir olmalıyıq. Bir ölkə və onun gələcəyi. Bir prezident. Və bir qələbə, bunun nəticəsində bir küçə və ya meydan bizim parlaq, gözəl və inanılmaz dərəcədə ağıllı Daşamızın adını daşıyacaq ... nasizmdən azad ediləcək Kiyevdə”.

Ostankinoda Duqina ilə vidalaşmağa iki yüzə yaxın adam gəlib. Orada iştirak edən jurnalistlər qeyd edirlər ki, tədbir Ukraynadakı müharibəyə dəstək aksiyası xarakteri daşıyır. Belə ki, məsələn, "Çarqrad” telekanalının təsisçisi Konstantin Malofeyev Duqinanın "boş yerə ölmədiyini” deyib, çünki "biz şəhidlərimizin qanı ilə güclənirik”. "Əziz və sevimli Daşamızın bu vaxtsız ölümü sayəsində biz bu müharibədə mütləq qalib gələcəyik. O bunu istəyirdi, bunun üçün yaşayırdı. (...) Səmavi Padşahlıqda da o, Məsihin döyüşçüsü olacaq”, - Malofeyev deyib.

"Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının sədri Sergey Mironov anım mərasimində Vladimir Zelenskini Darya Duqinanın qətlinin sifarişçisi adlandırıb: 

"Mən tamamilə əminəm ki, bu terror aktının sifarişçiləri Kiyevdədir və bu, şəxsən cənab Zelenskidir, icraçıları, həm də sifarişçilər, əlbəttə ki, beynəlxalq tribunal qarşısına çıxalılacaqlar. <...> Və mütləq bizim olacaq qələbə Daşa üçün ən yaxşı xatirədir”.

Mərhumun atası, filosof Aleksandr Duqin çıxışını bu sözlərlə bitirib: 

"O, Rusiya uğrunda, cəbhədə həlak olub. Və bu cəbhə burada, hər birimizdədir. Qələbə uğrunda yaşadı və qələbə uğrunda öldü”.

Avqustun 20-də axşam saatlarında Moskva vilayətində 29 yaşlı Darya Duqinanın avtomobili partlayıb, o, yerindəcə ölüb. Bombanı avtomobilə malikanənin dayanacağında qoyulduğu iddia edilir. Bir gün əvvəl REN TV mənbələrə istinadən xəbər vermişdi ki, iki həftədir, dayanacaqda müşahidə kameraları işləməyib.

Avqustun 22-də, Duqinanın avtomobilinin partladılmasının ertəsi günü FSB qətlin Ukrayna xüsusi xidmət orqanları tərəfindən törədildiyini bildirdi. FSB-nin məlumatına görə, qətli törədən Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovkdur. Qeyd olunub ki, Vovk 2022-ci il iyulun 23-də 12 yaşlı qızı (Şaban Sofiya Mixaylovna) ilə birlikdə Rusiyaya gəlib. \\Qaynarinfo 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066722