Saat:04:39
Haqqımızda

FARS SEVDALISI OLAN TELEAPARICININ GÜNEYLİ SOYDAŞIMIZA QARŞI TƏRBİYƏSİZLİYİ – Eldar Sabiroğlu yazır

2022-07-02 21:29:00

FARS SEVDALISI OLAN TELEAPARICININ GÜNEYLİ SOYDAŞIMIZA QARŞI TƏRBİYƏSİZLİYİ – Eldar Sabiroğlu yazır

Mən Afşin Azərini, sözün düzü, indi tanıdım. Onun kökən Cənubi Azərbaycandan olduğunu da indi bildim. Bu başdan deyim ki, musiqini sevən adamam və insan ruhunu yerindən tərpədən Təbriz xanəndələrinin mahnılarını tükənməz həvəslə dinləyirəm. Son günlər Azərbaycanın ictimai-mədəni həyatında baş verən xoşagəlməz hadisə məni də üzdü. Dinlədim bir neçə mahnısını və yüksək zövq aldım.

Eyni zamanda böyük şairimiz Bəxtiyar Vahabzadənin "Azərbaycan" şerinə unudulmaz bəstəkarımız Emin Sabitoğlunun bəstələdiyi eyniadlı mahnısına təkrar iki dəfə qulaq asdıqdan sonra Afşinin həqiqətən məlahətli səsinə vuruldum.  Arazın bu tərəfindəki  Azərbaycanı sevərək tərənnüm etməsinə yalnız sevinmək, ona ürəkdən “sağ ol demək” əvəzinə, bir düdüyün, tərbiyəsiz birisinin teleekran qarşısında, yüzlərlə tamaşaçının gözləri önündə təbrizli qardaşımızı ağır təhqirə, aşağılayıcı ifadələrə məruz qoyması qətiyyən başadüşülən deyil. Həm də burada başa düşüləsi məqamların olduğu da hiss edilir. Ona görə də şübhələr çoxdur.

Afshin Azari - Aglarsan indi 2021 (Yeni Klip) - YouTube

Teleaparıcının insanlığa yarışmayan bu cür davranışa nədən yol verdiyi çox maraqlı görünür. Birincisi, bölgədə cərəyan edən son siyasi hadisələrin təbrizli müğəninin studiyadan qovulmasına səbəb yarada bilər. İkincisi, maddi maraq hesabına bu beyni sınıq şoumenin ələ keçirilməsi variantı da istisna deyil.

Zaur Kamal və Tolik Xəzər TV-dən uzaqlaşdırılıb? -

Fikrimcə, DTX məsələni mütləq araşdırmalıdır. Təkcə bircə təfarruata - Zaur Kamalın “səni İrana görə Bakıya, bu verilişə dəvət etdik” ifadəsinə görə. Bəs, axı Afşin hər şeydən əvvəl təbrizlidir. Azərbaycanlıdır! Bu yekəbaş, özündənrazı teleaparıcı yəqin bununla fars sevdalısı olduğunu diqqətə çatdırmaq istəyib...

 

Eldar SABİROĞLU

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR