Saat:14:14
Haqqımızda

Fars rejimi Güney Azərbaycanda təbii sərvətləri necə talayır?

2022-11-07 16:01:00

Fars rejimi Güney Azərbaycanda təbii sərvətləri necə talayır?

Güney Azərbaycan olmasa, İran ac qalar

Fars-molla rejimi 2 ildir ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsini, böyük zəfərini qəbul edə bilmir. 30 il ərzində erməni işğalında olan Azərbaycan torpaqlarına sərhədd olan ərazilərdə hərbi təlim keçirməyən mollalar son günlər öz sınıq-salxaq texnikalarını da yığıb sərhəddimizdə guya hərbi təlim keçir. Azərbayan Ermənistanın üzərinə götürdüyü 10 noyabr 2020-ci il razılaşmasının şərtlərinin icra olunmasını tələb edir.  Azərbaycanla Naxçıvanı birləşdirən dəhlizin açılması öhdəiyinə əməl etməsini tələb edir. Və bu tələblər ermənilər tərəfindən masa arxasında müzakirəyə qoyulan kimi fars-mollaları hay-həşir salırlar. Guya bunların “qırmızı xətti” varmış, sərhədlərində dəyişiklik olurmuş.

İndi bu fars-mollaları anlamır ki, artıq zaman dəyişib. Güney Azərbaycanda oyanış başlayıb. İndi bütün İranda Güney Azərbaycan türkləri ayaqlanaraq azad olmaq istəyirlər. İran iqtisadi olaraq ağır çöküş yaşayır. Arxaik və amansız idarəetmədən imtina edir insanlar. Və bu gün mən Güney Azərbaycanın İran üçün nə qədər əhəmiyyətli olmasına dair apardığım araşdırmanı sizlərə təqdim edirəm.

Bəli Güney Azərbaycan mollalar üçün çörək yeridir, qidadır, havadır, sudur. Tükənməyən təbii sərvətlərdir. Fars-molla rejimi anlayır ki, Güney Azərbaycan azad olsa nəinki uydurduğu o sərhəd boğboğazlığı suya düşəcək, bəlkə də farsın olan kiçik bir coğrafiyada da yaşaya bilməyəcək.

Fars informasiya qaynaqlarına istinad etdik. İlk ondan başlayaq ki, son iki həftə ərzində iran pulu ABŞ dolları qarşısında 4 min rial dəyər itirib. Hazırda 1 ABŞ dollarını almaq üçün İran vətəndaşı tam 36 min rial xərcləməlidir.

Yerli valyutanın sürətlə dəyər itirməsi əhalinin də dəhşətli dərəcədə yoxsullaşmasına gətirib çıxarır.

İndi iranda baş verənləri sosial olaraq dəyərləndirən yerli ekspertlər hesab edir ki, adətən sosial gərginliklər bir qayda olaraq siyasi-idealoji sistemlərin də çökməsinə gətirib çıxarır. Məhz bu teoriya fars-molla rejimi üçün də keçərlidir.

İndi isə Güney Azərbaycanla bağlı fars qaynaqlarındakı məlumatlara diqqət edək.

Güney Azərbaycan İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi Türk torpaqlarıdır.

Güney Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünüb – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Gilan ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır.

Kənd təsərrüfatının əsas sahələri əkinçilik və heyvandarlıqdır. Əkinçilik süni suvarmaya əsaslanır. Dənli və paxlalı bitkilərdən buğda, arpa, çəltik, novud və s. əkilir.

Texniki bitkilərdən isə şəkər çuğunduru, kətan, tütün, pambıq, yağlı bitkilərdən günəbaxan, soya və s. yetişdirilir. Bağçılıq, üzümçülük, subtropik meyvəçilik inkişaf etmişdir. Badam, kişmiş ixracat əhəmiyyətlidir. Əhali bostançılıq və tərəvəzçiliklədə məşğul olur. Düzən ərazilərdə camış, dəvə, dağlarda qoyun, arı, at və barama yetişdirilir.

İranın qidasının yarıdan çoxunu Güney Azərbaycan təmin edir

İranın qida idxalı sənayesinin 50%-dən çoxu Cənubi Azərbaycanın payına düşür. Təbrizdə əsas qida manufakturaları Şirin Əsəl, Aydın, Şəniz, Ənatə, Bərəkət və Çiçək müəsissələridir. Məhz bu mərkəzlər hesabına bütünlükdə İran ərazisinə qida təminatı həyata keçirilir. Eyni zamanda istər Türkiyə, istər İraq, istərsə də Azərbaycanla ticarət əlaqlərinin qurulmasında məhz Güney Azərbaycan əsas paya sahibdir. Xarici ixracatda, xüsusilə qeyri neft sektoru üzrə ixracatda Güney Azərbaycanın payı 17 milyard dollara yaxındır. Bu da İranın qeyri-neft sektoru üzrə ixracatının 65 faizinə bərbaərdir. Ümumi Daxili Məhsulda Güney Azərbaycanın payı 50 faizdən də çoxdur.

Faktiki olaraq fars-molla rejimi Güney Azərbaycanı sömürməklə məşğuldur. Əsasən mineral sərvətlər talan edilir. Qida əkinçilik kimi əlverişli torpaqlardan toplanan məhsullar Tehrana və farsların, qeyri-türklərin yaşadğı ərazilərə daşınır. Əvəzində Güney Azərbaycana dövlət investitsiyalarının yatırılması siyasətində farslar ikiüzlülük edirlər. İnzibati ərazilər üzrə dövlət investitsiya proqramlarına diqqət etsək o zaman Güney Azərbaycanda infrastrukturun qurulmasına çox cüzi məbləğdə vəsait ayrılır – 350 milyon dollar.

Araşdırmalar zamanı diqqətimizi çəkən bir məqam dediklərimizə əsaslı sübut sayıla bilər. İlk Təbriz dəmiryolu stansiyası 1917-ci ildə istifadəyə verilib.  Hazırki tikinti ikinci Pəhləvi hökmranlığı dövründə memar Heydər Ğayçamlı tərəfindən inşa olunub. İlk qatar vaqonları Rusiyadan gətirilib. Bu günə qədər Güney Azərbaycan üçün dəmiryollarının inkişafına demək olar ki, vəsait ayrılmayıb.

Başqa bir fakt ondan ibarətdir ki, Güney Azərbaycanda yalnız Təbrizdə metro stansiyası var. Təbrizdə metro 2001-ci ildən istifadəyə verilib. 4-ü əsas olmaqla cəmi 5 xətti mövcuddur. Və son 5 ildə demək olar ki, heç bir metro stansiyası inşa olunmayıb.

İndi fars-molla rejimi Ocan, Sarab vilayətlərinin, Təbrizin ətrafında olan hidrokarbon ehtiyatlarını tez-tələsik sümürmək istəyir. Rəsmi məlumatlara görə, ərazidə böyük neft ehtiyatları da var. Fars qaynaqlarında bildirilir ki, Muğan çölündə artıq zəngin neft yataqlarının olduğu təsdiqlənib.

Elə iran mediasında yazırlar ki,  Muğan çölündə istismar edilən neft yataqları bölgənin yaşam çevrəsinə ciddi ziyan vurur. Bundan başqa, çıxarılan təbii sərvətlər İranın mərkəzi bölgələrinə daşınır. Bu durumundan hərtərəfli zərər çəkən isə Güney Azərbaycan əhalisidir.

Meşə zolaqları məhv edilir

Fars molla rejimi Güney Azərbaycanda meş zolaqlarını da vəhşicəsinə məhv edir. Quraqlıq, torpaqların şoranlaşması da sürətlə getməkdədir. Məsələn bu araşdırmamız zamanı fars informasiya qaynaqlarında bir məqama rast gəlirik. Son vaxtlar ətraf mühit fəalları tərəfindən Qərbi Azərbaycan və Qəzvin əyalətlərində onsuz da çox olmayan meşə zolaqlarının məhv edilməsi barədə xəbərlər sosial mediada yayılır.

Yerli əhali və ətraf mühit fəalları bu prosesin əlaqədar orqanların qanunsuz razılığı nəticəsində həyata keçirildiyini iddia və sübut edirlər. Bir neçə ay öncə problem ictimailəşəndən sonra Qərbi Azərbaycan və Qəzvin əyalətlərində meşə zolaqlarını və nadir ağacları məhv edən dəstələrin zərərsizləşdirildiyinə dair rəsmi xəbərlər yayıldı.

Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsinin Təbii Sərvətlər və Su Hövzəsi İdarəsinin başçısı Məcid Paturi məcbur qalaraq mətbuata açıqlama verdi ki, Soyuqbulaq şəhərinin anbarlarında birində 200 tondan çox kəsilmiş nadir meşə ağacları aşkar edilib. Paturi aşkar edilən ağacların Soyuqbulaq və ətraf şəhərlərin meşə zolaqlarından kəsilərək palet düzəltmək emalatxanasının anbarına yığıldığını da etiraf edirdi. Daha bir məcburi etiraf isə az öncə Qəzvin Təbii Sərvətlər və Su Hövzəsi İdarəsinin başçısı Möhsün Qasimzadədən gəldi. O etiraf edirdi ki, əyalətdə 150 ton kəsilmiş nadir meşə ağaclarının aşkar edilib.

Lakin Güney Azərbaycandakı qaynaqlarımız iddia edir ki, yaşıllıqların məhv edilməsi birbaşa olaraq tehranın göstərişi ilə qəsdən həyata keçirilir. Bu baxımdan da xalqın fars-molla rejiminə etirazlarının bir deyil bir mindən çox səbəbi var.

Nəhayət sonda farslarla-ermənilərin eyni xislətdə olduğuna dair bir müqayisə aparmağı vacib hesab elədim. Ermənilər 30 il işğal etdikləri əraziləri məhv etdilər. Təkcə şəhərləri, mədəniyyəti deyil, Qarabağda ekolgiyanı, təbii sərvətləri da dağıdıb viran qoydular. Fars-molla rejimi də Güney Azərbaycana eyni münasibət bəsləyir. Çünki Güney Azərbaycanın azad olacağını bilir və ordakı hökmranlıqlarının müvəqqəti olduğunu anlayırlar.

Razi ABASBƏYLİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR