Fars rejimi erməni ordusuna vurulan zərbədən narahat olub - İran Ermənistan sərhədinə hərbi texnika toplayır

2022-09-17 14:33:00

Fars rejimi erməni ordusuna vurulan zərbədən narahat olub - İran Ermənistan sərhədinə hərbi texnika toplayır

Azərbaycanın Ermənistanın son təxribatlarına sərt şəkildə cavab verməsindən narahat olan fars rejimi yenidən sərhəd bölgəsinə hərbi texnika toplamağa başlayıb.

Hurriyyet.az xəbər verir ki, fars rejimi ötən gündən etibarən piyada və zirehli bölmələrini Ermənistanla sərhədə yerləşdirib.

Bununla bağlı sentyabrın 16-da “SEPAH”-ın teleqram kanalından bildirilib ki, ötən gündən etibarən İran-Ermənistan sərhədində qoşunlar döyüş hazırlığı vəziyyətinə gətirilib, ordunun piyada və zirehli bölmələri sərhəddə cəmləşdirilib.

Həmçinin İran ordusunun quru qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin Azərbaycan və Ermənistanla sərhəddə yerləşən hərbi bölmələrə baxış keçirdiyi bildirilir.

İran İnqilab Keşikçiləri Korpusuna bağlı mediada isə “SEPAH” komandirlərinin də vəziyyətlə tanış olmaq üçün sərhəd bölgəsinə səfər etdikləri qeyd olunub.

Azpolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.079452