“Fars News”: "Paşinyan logistik əlaqələrin qurulması üçün Əliyevə yaşıl işıq yandırıb"

2022-09-08 17:55:00

“Fars News”:

Ermənistanın baş naziri deyib ki, İrəvan Azərbaycanla logistik əlaqələrin bərpasında çox maraqlıdır.
“Fars News” verdiyi xəbərə görə, Ermənistanın baş naziri Rusiyanın Vladivostok şəhərində keçirilən 7-ci Şərq İqtisadi Forumunun ümumi iclasında bildirib ki, Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının bərpasında olduqca maraqlıdır.

Onun sözlərinə görə, bu layihənin arxasında duran ideya Ermənistanın Azərbaycandan, Azərbaycandan isə Ermənistandan keçən nəqliyyat marşrutlarına çıxış əldə etməsidir.
“Qlobal baxımdan bu, yeni beynəlxalq ticarət yollarının açılması üçün bir fürsətdir. Deməliyəm ki, biz bu məsələdə çox maraqlıyıq”,-deyə o, əlavə edib.
Paşinyan qeyd edib ki, bu məsələ yaxın vaxtlarda Rusiyanın dəstəyi ilə həllini tapacaq.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059766