Saat:07:41
Haqqımızda

“FAKTLA BAĞLI DƏLƏDUZLUQ MADDƏSİ İLƏ CİNAYƏT İŞİ BAŞLANILIB” – DİN “Hürriyyət”in yazısına reaksiya verdi

2022-11-30 16:45:00

“FAKTLA BAĞLI DƏLƏDUZLUQ MADDƏSİ İLƏ CİNAYƏT İŞİ BAŞLANILIB” – DİN “Hürriyyət”in yazısına reaksiya verdi

Hurriyyet.az saytında dərc olunan “Pensiya düzəltmək adı ilə Göyçay sakinlərinin külli miqdarda pulunu mənimsəyib… - SAKİNLƏRDƏN PREZİDENTƏ MÜRACİƏT” sərlövhəli yazıya Daxil İşlər Nazirliyi (DİN) tərəfindən reaksiya verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Hurriyyet.az-a bildirib ki, Göyçay Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar Mehman adlı şəxsin müxtəlif vədlərlə onları aldadaraq pullarını mənimsədiyini bildiriblər.

Daxil olmuş müraciətlər əsasında ilkin araşdırma aparılıb və faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda rayon polis şöbəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR